14 noyabr 2019, 16:40

Elyaz Məmmədovdan, Mingəçevir, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizin tapşırıqlarınıza müvafiq olaraq Mingəçevirdə abadlıq və quruculuq işləri ardıcıl aparılır. Regionların inkişafı üçün göstərdiyiniz diqqət və qayğı şəhərimizdən də yan keçməyib. Şəhərimizin bütün məhəllə və küçələri abadlaşdırılır.

Yaşadığımız küçə də bu yaxınlarda təmir olunub, asfalt örtüyü döşənib, yeni oturacaqlar qoyulub. Küçələrin işıqlandırılması sakinlərin gecələr rahat gediş-gəlişinə şərait yaradıb.

Aparılan abadlıq-quruculuq işlərinə görə yaşadığım binanın sakinləri adından Sizə minnətdarlığımızı bildirir, apardığınız siyasəti dəstəkləyirik. Xalq Sizinlədir, cənab Prezident!

Hörmətlə,

Məmmədov Elyaz Bayram oğlu

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.