13 noyabr 2019, 17:30

Nügbar Ağayevadan, Şamaxı, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin qəbul etdiyiniz qərarlar, gördüyünüz işlər daim xalqın yanında olduğunuzu göstərir.

Bu ilin fevralında Şamaxıda baş verən zəlzələnin səhəri günü bölgəyə gəldiniz, sakinlərlə görüşdünüz, onları narahat edən məsələlərlə maraqlandınız, təbii fəlakətin törətdiyi fəsadların qısa müddətdə aradan qaldırılması ilə bağlı tövsiyə və tapşırıqlarınızı verdiniz, həmin tapşırıqların icrası ilə mütəmadi olaraq maraqlandınız.

Zəlzələ nəticəsində mənim də evim qəzalı vəziyyətə düşmüşdü. İndi mənim üçün daha yaxşı şəraiti olan yeni ev tikilib. Buna görə şəxsən öz adımdan və yeni evlərlə təmin edilən rayon sakinləri adından Sizə və Mehriban xanıma təşəkkürümüzü bildiririk.

Sağ olun, var olun! Allah Sizdən razı olsun.

Hörmətlə,

Ağayeva Nügbar Qərib qızı.

Azərbaycan Respublikası, Şamaxı rayonu, Çuxuryurd kəndi.