07 noyabr 2019, 18:30

Famil Səfiyev və başqalarından, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Yaşadığımız binanın dam örtüyünün tamamilə dəyişdirilməsinə və biz vətəndaşları həmişə diqqət mərkəzində saxladığınıza görə Pirallahı rayonu, Səməd Vurğun küçəsində yerləşən 56A nömrəli, doqquzmərtəbəli binanın sakinləri olan şəhid ailələri, Qarabağ müharibəsi və Çernobl əlilləri adından Sizə və ailə üzvlərinizə təşəkkürümüzü bildirir, cansağlığı, uzun ömür arzu edirik.

Sizin ölkəmizə rəhbərliyiniz dövründə yaradılan Pirallahı rayonu son illər ərzində sürətlə inkişaf etməkdədir. Rayonumuzda yeni müəssisələr, iş yerləri açılmaqla yanaşı, yaşayış binaları əsaslı təmir olunur, onların həyətlərində abadlıq işləri görülür, insanların xoş güzəranı üçün lazımi şərait yaradılır.

Cənab Prezident, həyatınız hər zaman firavan, işləriniz avand olsun. Biz Sizə minnətdarıq.

Hörmətlə,

Səfiyev Famil Məhəmməd oğlu, 2-ci qrup Çernobl əlili

Musayeva Ziyafət Marif qızı, şəhid ailəsinin üzvü

Babayev Tural Ağaşirin oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Pirallahı rayonu.