06 noyabr 2019, 16:00

Qurban Qədirov, Zaqatala, Azərbaycan

Hörmətli cənab Prezident.

Xalqımızın maddi rifah halı durmadan yaxşılaşır. Sosial sahədə böyük nailiyyətlər qazanılıb. Ölkəmizin hər bir guşəsi, hər bir yaşayış məntəqəsi durmadan inkişaf edir.

Sizin qayğınız sayəsində respublikamızın hər yerində olduğu kimi, Zaqatala rayonunda da xeyli iş görülüb. Bizim yaşadığımız Zəyəm kəndində müasir tipli məktəb binası tikilib, yollar asfaltlanıb, yeni elektron ATS yaradılıb, qaz xətti çəkilib, elektrik təsərrüfatı yenidən qurulur.

Görülən bütün bu işlərə görə kəndimizin ağsaqqalları adından Sizə təşəkkür edirəm. Sizə uzun ömür, cansağlığı arzulayıram.

Allah Sizi qorusun, cənab Prezident!

Hörmətlə,

Qədirov Qurban Məmməd oğlu.

Azərbaycan Respublikası, Zaqatala rayonu, Zəyəm kəndi.