16 oktyabr 2019, 16:45

Emin Qurbanovdan, Tərtər, Azərbaycan

Möhtərəm cənab Prezident!

Əsası Ulu Öndərimiz tərəfindən qoyulmuş müstəqil Azərbaycanımız Sizin qayğınız və əzmkarlığınız sayəsində inkişaf edir, çiçəklənir. Bütün bölgələr kimi, cəbhə bölgəsində yerləşən Tərtər rayonu da inkişaf, tərəqqi yolundadır. Rayonda yeni yollar çəkilir, məktəblər tikilir, yaşayış binaları təmir olunur, küçələr abadlaşdırılır. Hazırda şəhər mərkəzində sakinlərin də səbirsizliklə gözlədiyi Olimpiya İdman Kompleksi və Dövlət Rəmzləri Muzeyi inşa olunur.

Həmin İdman Kompleksi yüzlərlə idman yarışına ev sahibliyi edəcək, tərtərli idmançılar öz bacarıqlarını nümayiş etdirəcəklər.

Dövlət Rəmzləri Muzeyində isə ziyarətçilərə Azərbaycanın şanlı tarixi və müxtəlif dövlət rəmzləri haqqında məlumat veriləcək. Hazırda Dövlət Bayrağı Meydanının ərazisində yenidənqurma və abadlıq işləri gedir, fəvvarələr təmir olunur, müasir işıqlandırma sistemi qurulur, yaşıllıqlara qulluq etmək üçün suvarma şəbəkəsi çəkilir, yeni yaşıllıq zolaqları salınır.

Cənab Prezident,

Biz tərtərlilərə göstərdiyiniz diqqət və qayğıya, rayonumuzda aparılan tikinti-abadlıq işlərinə görə Sizə sakinlər adından öz minnətdarlığımızı bildiririk. Tanrı Sizi qorusun!

Hörmətlə,

Qurbanov Emin

Azərbaycan Respublikası, Tərtər rayonu.