16 oktyabr 2019, 14:00

Camal İsmayılovdan, Bakı, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Sizin birbaşa rəhbərliyiniz və tövsiyələrinizlə ölkəmizdə aparılan uğurlu iqtisadi islahatların nəticələri hər bir Azərbaycan vətəndaşının həyat və fəaliyyətində özünü göstərir. Təkcə onu demək kifayətdir ki, Azərbaycan manatı həm region ölkələrinin, həm də bir çox Avropa ölkələrinin milli valyutaları ilə müqayisədə çox güclüdür. Xarici ölkələrdə olanda bunu daha yaxşı hiss edirik.

Cənab Prezident, “Dövlət satınalmaları haqqında” qanunda dəyişikliyin edilməsi və elektron satınalma portalının Azərbaycanda fəaliyyətə başlaması xüsusən kiçik sahibkarlıq subyektinə malik biznes qurumlarına müsbət təsir göstərib. Rəhbərlik etdiyim şirkət son zamanlar üç müsabiqənin qalibi olub.

Mən bunu Sizin informasiya texnologiyaları sahəsinə, sahibkarlığın inkişafına göstərdiyiniz qayğının nəticəsi hesab edir, Sizə minnətdarlığımı bildirir, cansağlığı, uzun ömür arzulayıram. Ulu Tanrı həmişə Sizə və əzizlərinizə kömək olsun.

Hörmətlə,

İsmayılov Camal İsmayıl oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.