11 oktyabr 2019, 11:20

Teyyub Sadıqov və başqalarından, Ağdaş, Azərbaycan

Hörmətli cənab Prezident.

Ağdaş rayonunun Şəmsabad kəndinin sakinləri Sizin ölkəmiz üçün gördüyünüz uğurlu işləri sevinclə qarşılayır və hər zaman təqdir edirlər. Xüsusilə kəndlərin abadlaşdırılması heyranlıqla izlənilir və bu işlər çox yüksək qiymətləndirilir.

Şəmsabad əhalisinin uzun müddət həsrətində olduğu kənd yollarının asfaltlanması tam həyata keçirilib. Kənd sakinlərinin sevincini görməyə dəyərdi. Bizi belə sevindirdiyiniz üçün Allah Sizdən razı olsun.

Həmçinin Heydər Əliyev Fondunun prezidenti çox hörmətli xanım Mehriban Əliyevaya da təşəkkürümüzü bildiririk. Qonşu Əmirmahmudlu kəndində modul tipli ibtidai məktəb binası istifadəyə verilib. Bu, böyük sevincimizə səbəb olub.

Hörmətli cənab Prezident, kənd sakinləri hər zaman Sizə minnətdar olacaqlar.

Dərin hörmətlə,

Sadıqov Teyyub Vaqif oğlu

Həsənov Mürvət Abdulhəmid oğlu

Səfərəliyev Anar Sakit oğlu

Məmmədov Pərviz Fəzail oğlu

Mehdiyev Səbuhi Ənvər oğlu

Mayılov Zaur Abil oğlu və başqaları (cəmi 15 nəfər).

Azərbaycan Respublikası, Ağdaş rayonu, Şəmsabad kəndi.