10 oktyabr 2019, 14:00

Ruhəngiz Qasımovadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Bütün Azərbaycan xalqı, o cümlədən incəsənət sahəsində çalışan hər bir insan Sizin və hörmətli Mehriban xanımın daimi qayğısını, diqqətini hiss edir, ondan bəhrələnir. Çox sağ olun ki, mənim də yaradıcılığıma, mədəniyyətimizin inkişafına verdiyim kiçik töhfələrə çox yüksək qiymət verərək 2005-ci ildə məni respublikamızın “Əməkdar incəsənət xadimi” fəxri adına, 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə, nəhayət, bu günlərdə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görmüsünüz.

Bu yüksək mükafata görə şəxsən öz adımdan və ailəm adından, ətrafımda olan bütün insanlar adından Sizə dərin təşəkkürümü bildirir, Azərbaycan dövlətinin möhkəmlənməsi, xalqımızın daha firavan yaşaması üçün Sizinlə çiyin-çiyinə çalışan Mehriban xanımla birgə gördüyünüz gözəl işlərə görə minnətdarlıq edir, Qarabağın azad edilməsi üçün göstərdiyiniz səylərə, atdığınız cəsarətli addımlara görə “Çox sağ olun!” deyirik. Xalqımız kimi, mən də Sizə bütün varlığımla inanır, Zati-alinizə ancaq və ancaq uğurlar arzulayır, hər bir işinizi ürəkdən dəstəkləyirəm.

Dərin hörmət və ehtiramla,

Qasımova Ruhəngiz, bəstəkar-dramaturq.

Azərbaycan Respublikası, Bakı şəhəri.