21 sentyabr 2019, 14:10

İmruz Əfəndiyevadan, Bakı, Azərbaycan

Möhtərəm cənab İlham Əliyev.

Bir musiqişünas alim kimi elmi və pedaqoji fəaliyyətimə verdiyiniz yüksək qiymət məni və ailə üzvlərimi çox sevindirdi. Bu il sentyabrın 17-də imzaladığınız Sərəncamla məni Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq gördüyünüzə görə çox sağ olun.

Ulu öndər Heydər Əliyevin və Sizin incəsənət xadimlərinə göstərdiyiniz böyük qayğı, yüksək hörmət biz musiqiçiləri daim sevindirir və gələcək işlərin görülməsi üçün ruhlandırır. Buna görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sizə və ailənizə möhkəm cansağlığı, uzun ömür, səadət və uğurlar arzulayıram.

Hörmətlə,

Əfəndiyeva İmruz Məmməd Sadıx qızı

Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.