19 sentyabr 2019, 19:30

Rasim Orucovdan, İsmayıllı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin diqqətiniz və qayğınız sayəsində ölkəmizdə təhsilin maddi-texniki bazası əsaslı şəkildə yaxşılaşmış, çoxlu sayda yeni məktəb binaları tikilmiş və əsaslı şəkildə təmir edilmişdir. Sizin Sərəncamınızla İsmayıllı rayonunun Basqal qəsəbəsində 432 şagird yerlik yeni məktəb binasının tikilib istifadəyə verilməsi bütün təhsil işçilərinin hədsiz sevincinə səbəb olmuşdur.

Bütün bunlara görə rayonumuzun təhsil işçiləri və bütün ictimaiyyəti adından Sizə dərin minnətdarlığımızı bildirir, hörmət və ehtiramımızı çatdırırıq. Sizə möhkəm can sağlığı, müstəqil respublikamızın daha da çiçəklənməsi, xalqımızın firavan həyatı naminə uğurlar və tezliklə Ali Baş Komandanlığınızla torpaqlarımızın azadlığı yolunda böyük qələbə arzulayırıq.

Dərin hörmət və ehtiramla,

Orucov Rasim Hacıbaba oğlu

Azərbaycan Respublikası, İsmayıllı rayonu, Cülyan kəndi.