19 sentyabr 2019, 16:30

Ruslan Abışovdan, Bakı, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Sizin uğurlu fəaliyyətiniz sayənizdə Səbail rayonunun mərkəzi hissəsi ilə yanaşı, onun qəsəbələri də gündən-günə gözəlləşir və inkişaf edir. Son illər ərzində Bayıl, Bibiheybət və Badamdar qəsəbələrində çox böyük işlər görülmüşdür. Burada infrastruktur yenilənmiş, yaşayış binaları tikilmiş, yaşıllıqlar və parklar salınmışdır. Şəhər görkəmi alan bu qəsəbələr indi göz oxşayır.

Göstərdiyiniz bu diqqət və qayğıya görə rayon sakinləri adından Sizə və ailənizə möhkəm cansağlığı, ölkəmizin tərəqqisi və inkişafı naminə işlərinizdə uğurlar arzulayırıq. Həyatınız daim firavan olsun.

Hörmətlə,

Abışov Ruslan Mübariz oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu.