18 sentyabr 2019, 10:00

Leyla Salmanzadədən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Siz xalqımızın firavan və sülh şəraitində yaşaması üçün əlinizdən gələni edirsiniz. Biz vətəndaşlar bunu yüksək qiymətləndirir, qayğıkeş dövlət başçısı olduğunuz üçün Sizə dərin ehtiram bəsləyirik. Böyük siyasi qarşıdurmaların və çəkişmələrin tüğyan etdiyi müasir dünyada Siz Azərbaycanı nümunəvi sabit diyara, sülh adasına çevirmisiniz.

Bunun dəyərini bilmək üçün digər ölkələrdə yaşananlara nəzər salmaq kifayət edər.

Mən bir gənc olaraq Sizin məqsədyönlü fəaliyyətinizin real nəticələrini görür və bundan razılığımı bildirirəm. Hər bir xalqın Sizin kimi liderə ehtiyacı var. Nə yaxşı ki, varsınız və bizim dövlətimizə rəhbərlik edirsiniz.

Allah Sizi qorusun.

Hörmətlə,

Salmanzadə Leyla Yaşar qızı

Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi