17 sentyabr 2019, 11:25

Pənahova Gülnarə və başqalarından, Abşeron, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Sizin minimum əməkhaqqını artırmağınız minlərlə insan kimi bizə və ailə üzvlərimizə sevinc bəxş etmişdir. Buna görə həm öz adımızdan, həm də ailələrimiz adından Sizə ürəkdən təşəkkür edirik.

Bizim ailələrimiz kimi, bu sevinci yaşayan çoxlu sayda ailə gələcək həyatlarının, sosial rifahlarının hər zaman Sizin diqqətinizdə olduğuna qəti əmindirlər. Biz bilirik ki, Sizin apardığınız siyasət xalqımızın mənafeyinə xidmət edir. Yorulmaz fəaliyyətiniz nəticəsində ölkəmizin əldə etdiyi böyük uğurları gözü götürməyən bəzi şəxslərin çirkin əməllərini birmənalı şəkildə pisləyir, onların səsləndirdikləri cəfəngiyatları nifrətlə rədd edirik.

Həmişə olduğu kimi, biz bundan sonra da hər zaman öz Prezidentimizlə bir olacağımızı bildirir və bundan qürurlanırıq. Bir daha Sizə dərin minnətdarlığımızı çatdırır, ölkəmizin, xalqımızın gələcəyi naminə atdığınız hər bir addımda uğurlar arzulayırıq. Allah Sizi qorusun!

Hörmətlə,

Pənahova Gülnarə,

Hacıyeva Könül,

Rəfiyeva Təranə,

Hüseynova Zenfira,

Allahverdiyeva Zülfiyyə,

Bəşirova Çinarə və başqaları.

Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.