11 sentyabr 2019, 18:45

Ayaz İsmayılovdan, Ağdaş, Azərbaycan

Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Azərbaycanımızın sürətlə inkişaf edərək dünyanın qabaqcıl ölkələri sırasında yer alması bizi qəlbən fərəhləndirir. Bu müsbət tendensiya Sizin apardığınız uğurlu daxili və xarici siyasət nəticəsində baş verir. Bu gün Azərbaycanda xalqla iqtidar arasında möhkəm birlik var. Azərbaycan xalqı Sizi dəstəkləyir və dəstəkləyəcəkdir.

Əhalinin bir çox kateqoriyalarından olan insanlar kimi, biz gənclər də Sizin diqqətinizi daim hiss edir, görürük. Bu il imzaladığınız sərəncamlara əsasın pensiya və əmək haqlarının artırılması, devalvasiya nəticəsində yaranmış problemli kreditlərin həll edilməsi bir vətəndaş olaraq məni çox sevindirdi. Bu il ölkə tarixində sosial islahatlar ili kimi qalacaqdır.

Əziz Prezidentimiz, Azərbaycan xalqına göstərdiyiniz qayğıya görə Sizə təşəkkür edir, işlərinizdə uğurlar arzulayıram. Uca Tanrının xoş nəzərləri üzərinizdən əskik olmasın!

Hörmətlə,

İsmayılov Ayaz Xələddin oğlu

Azərbaycan Respublikası, Ağdaş rayonu, Ləki qəsəbəsi.