Rusiya Rəssamlıq Akademiyasının prezidenti, UNESKO-nun xoşməramlı səfiri Zurab Seretelidən

31 avqust 2019, 13:10

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESKO-nun xoşməramlı səfiri Zati-aliləri xanım Mehriban Arif qızı Əliyevaya

Hörmətli xanım Mehriban Arif qızı Əliyeva.

Sizi - Azərbaycanın dövlət, siyasi və ictimai xadimini əlamətdar yubileyiniz münasibətilə Rusiya Rəssamlıq Akademiyasının İdarə Heyəti, bütün elmi-yaradıcı kollektivi adından və şəxsən öz adımdan səmimi qəlbdən və böyük ehtiramla təbrik edirəm.

Biz Sizi ölkəmizin əsl dostu, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında dostluq münasibətlərinin möhkəmlənməsinin böyük tərəfdarı kimi tanıyırıq. Sizinlə - gənc, ağıllı, gözəl qadın və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sadiq dostu və məsləkdaşı ilə səmimi, mehriban və dostluq münasibətlərimizdən qürur duyuruq. Siz həmişə Akademiyamıza və onun fəaliyyətinə səmimi və qayğıkeş münasibət nümayiş etdirmisiniz.

Azərbaycanın Birinci vitse-prezidenti, UNESKO-nun və ISESKO-nun xoşməramlı səfiri kimi Siz həmişə Azərbaycan mədəniyyətinin, idmanının, teatr və kinosunun, nəşriyyat işinin təkmilləşməsinə, xeyriyyəçiliyə və mesenatlığa çox böyük diqqət yetirirsiniz.

Hörmətli Mehriban xanım Əliyeva, bizim çoxillik dostluq və qarşılıqlı anlaşmamız naminə Sizə cansağlığı, ailə səadəti, uzun ömür arzulayıram.

Hörmətlə,

Zurab Sereteli

Rusiya Rəssamlıq Akademiyasının prezidenti,

UNESKO-nun xoşməramlı səfiri,

SSRİ-nin və Rusiyanın Xalq rəssamı