20 avqust 2019, 14:00

Meysaba Aslanovadan, Masallı, Azərbaycan

Möhtərəm cənab Prezident.

İlin əvvəlindən başlayaraq əhalinin sosial problemlərinin həlli istiqamətində gördüyünüz böyük işlər, bu istiqamətdə imzaladığınız sərəncam və fərmanlar hər bir vətəndaşın urəyincədir. Əməkhaqlarının və pensiyaların artımı bir çox kateqoriyadan olan insanlarla yanaşı, əlillərin də böyük sevincinə səbəb olub.

Sizin diqqət və qayğınız sayəsində respublikanın hər bir bölgəsi inkişaf edir, müasir şəhərlər və kəndlər göz oxşayır. Xaricdə yaşayan soydaşlarımız hər dəfə Vətənə gələrkən ölkəmizdə olan inkişaf və yeniliklərlə rastlaşırlar.

Cənab Prezident, son illərdə Sizin sərəncamlarınızla ayrılan vəsaitlər hesabına rayonumuzda genişmiqyaslı quruculuq-abadlıq işləri həyata keçirilir, əhali üçün gözəl şərait yaradılır. Yaşadığımız kəndi rayon mərkəzi ilə birləşdirən 7 kilometrlik yol yüksək səviyyədə təmir olunub, kəndimizə içməli su xətti çəkilib, yaşadığımız ərazi təbii qazla təmin edilib. Təbii ki, bütün bunlar bizi sevindirir.

Həyata keçirdiyiniz bütün bu işlərə görə kəndimizin sakinləri adından Sizə təşəkkür edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq. Allah Sizi, Mehriban xanım Əliyevanı və bütün ailə üzvlərinizi qorusun.

Hörmətlə,

Aslanova Meysaba Yunus qızı.

Azərbaycan Respublikası, Masallı rayonu, Abasbəyli kəndi.