19 avqust 2019, 15:00

Surami Emraşvili və başqalarından, Qax, Azərbaycan

Möhtərəm cənab Prezident.

Biz Qax rayonunun Əlibəyli kəndidə yaşayan gürcü millətinin nümayəndələri ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycan dövlətinin və xalqının maraqlarına xidmət edən, Sizin tərəfinizdən müasir dövrün tələbinə uyğun davam etdirilən daxili və xarici siyasət kursunu bəyənir və dəstəkləyirik.

Hörmətli cənab Prezident, Sizin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönələn fəaliyyətiniz nəticəsində bizim həyat şəraitimiz gündən-günə yaxşılaşır. Kəndimizi rayon mərkəzi ilə birləşdirən yol asfaltlanıb, kəndimizə təbii qaz xətti çəkilib, müasir xəstəxana binası tikilərək əhalinin istifadəsinə verilib. Bundan başqa, kəndimizdə uşaq bağçası fəaliyyət göstərir, əhali içməli su və suvarma suyu ilə təmin olunub. Tam orta məktəb binasının tikintisi başa çatdırılıb və onun yeni dərs ilində istifadəyə verilməsi nəzərdə tutulur.

Cənab Prezident, bizə göstərilən diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildirir, uzun ömür, cansağlığı və fəaliyyətinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Emraşvili Surami

Aslamazaşvili Nikolya

Emraşvili Canbulat

Barixaşvili Albert

Tartaraşvili Sosiko

Sadaraşvili Georgi.

Azərbaycan Respublikası, Qax rayonu, Əlibəyli kəndi.