15 avqust 2019, 12:30

Vasif Heydərovdan, Lerik, Azərbaycan

Hörmətli cənab Prezident.

Ölkəmizdə gedən sürətli sosial-iqtisadi inkişafı alqışlayır və bu istiqamətdəki siyasətinizi dəstəkləyirik. Lerik-Şinəband-Orand-Nuravud yolunun yenidən qurulması və asfaltlanması respublikanın ucqar bölgəsində yerləşən rayonumuzun bu kəndlərinin inkişafına səbəb olacaqdır.

Rayonumuza göstərilən qayğıya görə Sərxan Bəşirov adına Nuravud kənd tam orta məktəbinin kollektivi adından Sizə dərin təşəkkürümüzü bildiririk.

Yolunuz hər zaman hamar, işləriniz avand olsun!

Hörmətlə,

Heydərov Vasif İmanxan oğlu.

Azərbaycan Respublikası, Lerik rayonu, Nuravud kəndi.