15 avqust 2019, 11:00

İlham Əmiraslanov və başqalarından, Sabirabad, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin rəhbərliyinizlə Azərbaycan dünyaya uğurla inteqrasiya edərək beynəlxalq aləmdə güclü dövlət kimi tanınır. Siz məqsədyönlü fəaliyyətinizlə xalqımızın mənafeyini layiqincə müdafiə edirsiniz. Xalqın rifah halının yüksəldilməsi, vətəndaşların problemlərinin yerindəcə həll olunması, verilən qərar və sərəncamların vətəndaşların mənafeyinə xidmət etməsi qəlbimizi razılıq hissi ilə doldurur.

Əhalinin məşğulluğunun təmin olunması sahəsində həyata keçirilən tədbirlər Sabirabad rayonunda aztəminatlı ailələrin sosial durumunun yaxşılaşmasında böyük rol oynayır. Bu yaxınlarda biz Sabirabad rayonunda özünüməşğulluq proqramına cəlb olunaraq aktivlərlə təmin edildik.

Bizim üçün yaradılmış imkanlara görə Sizə təşəkkürümüzü ifadə edir, düşünülmüş siyasətinizi bəyəndiyimi və dəstəklədiyimizi bildiririk.

Dərin hörmət və ehtiramla,

Əmiraslanov İlham

Fərəcova Leyla

Bağırov Mahir

İsmayılov Rəqail

Cavaxov Nazimiddin.

Azərbaycan Respublikası, Sabirabad rayonu.