22 iyul 2019, 13:15

Bəsti Hüseynovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Siz həmişə insanların yaşayışının, güzəranının daha yaxşı olmasına çalışır, hər bir vətəndaşa diqqət və qayğı göstərirsiniz. Biz şəhid ailəsi olaraq Sizin sayənizdə mənzillə təmin edildik. Yeni mənzilimizə və şəhid oğlumun vaxtilə yaşadığı küçəyə xatirə lövhəsinin vurulması ailəmizin hər bir üzvünü çox sevindirdi. Bütün bunlara görə Sizə minnətdarıq.

Sizin göstərişinizlə Xəzər rayonunda abadlıq-yenidənqurma işləri aparılır. Mərdəkan qəsəbəsində daxili yollara, o cümlədən yaşadığımız küçəyə də asfalt çəkilib, abadlıq işləri aparılıb. Bu yaxınlarda qəsəbəmizdə yeni yolun açılışı oldu. Hər tərəf gözəlləşir, insanlar isə bütün bu işlərə görə razılıqlarını bildirirlər.

Bir daha Sizə minnətdarlığımızı bildirir və gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq. Əminik ki, Sizin müdrik rəhbərliyinizlə üçrəngli bayrağımız Qarabağ torpaqlarında dalğalanacaqdır. Allah Sizi qorusun.

Hörmətlə,

Hüseynova Bəsti Nadir qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu.