18 iyul 2019, 15:15

Nazim Zeynalovdan, Hacıqabul, Azərbaycan

Möhtərəm cənab Prezident.

50 il bundan əvvəl - 1969-cu il iyulun 14-də Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi respublikada qüdrətli dövlətin, milli intibahın, sosial tərəqqinin, mənəvi yüksəlişin əsasını qoydu. Bu tarix Azərbaycan xalqı üçün çox əlamətdar, yaddaqalan gün olmaqla yanaşı, keçmişə ehtiramı, bu günə inamı, gələcəyə böyük ümidləri ehtiva edir.

Heydər Əliyev işlədiyi bütün dövrlərdə Azərbaycanın şəhər və kəndlərində quruculuq, abadlıq işlərinin böyük memarı oldu, xalqın yaşayış səviyyəsinin yüksəlməsinə xidmət etdi, müstəqil Azərbaycan tarixini yaratdı və yaşatdı. Azərbaycan iqtisadiyyatının, mədəniyyətinin coşqun inkişaf dövrü məhz Ulu Öndərin adı ilə bağlıdır.

Ümummilli Liderimizin hakimiyyətə ikinci qayıdışı isə ölkəni vətəndaş müharibəsindən xilas etdi. Bu qayıdış zamanın, əsrlərin sınağından çıxaraq öz məqsədinə doğru dönmədən addımlayan bir millətin sabaha inamının qayıdışı idi.

Möhtərəm cənab Prezident.

Sizi Ulu Öndərin siyasi kursunun layiqli davamçısı kimi belə bir əziz gündə səmimi qəlbdən təbrik edir, cansağlığı, uzun ömür, bütün işlərinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Zeynalov Nazim Fətixan oğlu

Azərbaycan Respublikası, Hacıqabul rayonu.