17 iyul 2019, 18:00

Tofiq Haqverdiyevdən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin və Mehriban xanım Əliyevanın bütün sahələrdə apardığınız məqsədyönlü işləri çox bəyənir və dəstəkləyirik. Buna görə Sizə və çox hörmətli Mehriban xanıma dərin təşəkkürümüzü bildiririk.

Respublikamızın qazandığı uğurlarda Sizin çox böyük əməyiniz vardır. Siz hər bir vətəndaşa diqqət ayırır, hər bir insana məhəbbət göstərirsiniz.

Əziz Prezidentimiz, respublikamızın bütün bölgələri Sizin sayənizdə tərəqqi dövrünü yaşayır, şəhər və kəndlərimiz inkişaf edir. Yol, sosial infrastruktur ilə bağlı çətinliklər sürətlə aradan qaldırılır.

Siz bizim əziz rəhbərimiz olmaqla yanaşı, həm də bizim dayağımızsınız. Gördüyünüz bütün işlərə görə çox sağ olun.

Hörmətlə,

Haqverdiyev Tofiq.

Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu.