16 iyul 2019, 18:40

Məzahir Əhmədovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Son bir neçə ildə dünyanın siyasi arenasında kifayət qədər sanballı və layiqli yer tutmağınız, Azərbaycanı bütün dünyada tanıtmağınız haqqında düşünərkən, “Ot kökü üstə bitər” müdrik el məsəlini xatırlayıram. Siz bütün fəaliyyətinizlə Ulu Öndərin layiqli davamçısı olduğunuzu sübut edirsiniz.

Möhtərəm Prezident.

Bu gün respublikanın hər yerində olduğu kimi Suraxanı rayonunda da geniş tikinti-quruculuq işləri aparılır, yeni yollar, körpülər tikilir. Sizin uğurlu siyasətiniz sayəsində dövlətimiz daim vətəndaşlara qayğı göstərir, onların qarşılaşdıqları problemlər dərhal aradan qaldırılır.

Hörmətli cənab Prezident.

Siz dövlət başçısı seçilərkən demişdiniz ki, hər bir azərbaycanlının Prezidenti olacaqsınız. Bu sözləri də Siz öz əməllərinizlə sübut edirsiniz.

Allah Sizi və Azərbaycan xalqını qorusun.

Dərin hörmətlə,

Əhmədov Məzahir

Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu.