16 iyul 2019, 17:00

Rza Nağıyevdən, Bakı, Azərbaycan

Cənab Prezident.

Mən Sizə ADA Universitetinin tələbələri adından universitetimizdə qlobal səviyyədə aldığımız təhsilə görə minnətdarlığımı bildirirəm. Bu nailiyyətlər Sizin rəhbərliyiniz altında yerinə yetirilən uğurlu siyasətin, ölkədə olan rifahın və inkişafın nəticəsidir.

Universitetimiz bizim üçün həm təhsil ocağı, həm də ikinci evdir. Biz burada güclü təhsil almaqla yanaşı, vaxtımızı da səmərəli keçiririk.

Bütün tələbələr əmindir ki, Sizin rəhbərliyinizlə qarşıdakı illərdə də elmə, təhsilə göstərilən qayğı artacaq, universitetimizin yetişdirdiyi tələbələr və elm xadimləri ölkəmizin iqtisadi və sosial inkişafına öz töhfələrini verəcəklər.

Cənab Prezident, Sizə bir daha təşəkkürümü bildirir, uğurlu siyasətinizin davamlı və sarsılmaz olmasını diləyirəm.

Hörmətlə,

Nağıyev Rza Əli oğlu

ADA Universitetinin məzunu.

Azərbaycan Respublikası, Bakı şəhəri.