16 iyul 2019, 13:00

Həmzə Vəliməmmədovdan, Lerik, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin gərgin əməyiniz, diqqət və qayğınız sayəsində müstəqil respublikamızın şəhərləri, qəsəbə və kəndləri gündən-günə inkişaf edir, gözəlləşir. Lerik rayonu da bu diqqət və qayğıdan kənarda qalmayıb. 2018-ci ilin payızında rayonumuza növbəti səfərinizdən sonra Lerik şəhərinə alternativ su kəməri çəkmək barədə Sərəncamınız bu qayğının göstəricisi kimi sakinlər tərəfindən böyük razılıq və minnətdarlıq hissi ilə qarşılandı. Qısa müddət ərzində sərt qayalar yarılaraq dağ çayındakı su mənbəyinə 2,5 kilometrlik yol çəkildi, nasos stansiyasi tikildi.

Hazırda şəhər əhalisi dağ bulaqlarının suyundan 24 saat fasiləsiz istifadə edir. Bu, Sizin Lerik şəhərinin sakinlərinə növbəti hədiyyənizdir. Buna görə şəhərin sakinləri adından Sizə dərin ehtiramımızı və minnətdarlığımızı bildirir, möhkəm cansağlığı arzulayırıq. Ulu Tanrı Sizi və ailənizi qorusun.

Dərin hörmətlə,

Vəliməmmədov Həmzə.

Azərbaycan Respublikası, Lerik rayonu.