12 iyul 2019, 18:10

Məmmədnuru Əzizovdan, Şəki, Azərbaycan

UNESKO-nun xoşməramlı səfiri hörmətli Mehriban xanım.

“Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESKO-nun Ümumdünya İrs Siyahısına salınmasında göstərdiyiniz səylərə görə Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm. Şəkiyə və şəkililərə göstərdiyiniz diqqət və qayğını daim yüksək dəyərləndirilir.

Hörmətli Mehriban xanım, bir Şəki sakini və 2-ci qrup Qarabağ müharibəsi əlili olaraq bu tarixi hadisədən qürur hissi keçirir, ölkəmizin daha da inkişafı, mədəniyyətimizin bütün dünyaya nümayiş olunması istiqamətindəki səylərinizi alqışlayıram. Sizə möhkəm cansağlığı və yeni-yeni nailiyyətlər arzulayıram.

Dərin hörmətlə,

Əzizov Məmmədnuru.

Azərbaycan Respublikası, Şəki şəhəri.