12 iyul 2019, 12:30

Tərlan Məmmədov və başqalarından, Şəki, Azərbaycan

Möhtərəm cənab Prezident.

UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin qurumun Ümumdünya İrs Siyahısına daxil edilməsi haqqında xəbər bütün şəkililərin hədsiz sevincinə səbəb oldu.

Biz bu əlamətdar hadisəni ölkəmizin mədəni irsinin qorunması və dünya səviyyəsində tanıdılması sahəsində Sizin və Mehriban xanım Əliyevanın səmərəli fəaliyyətinizin nəticəsi kimi qiymətləndiririk.

Əziz Prezidentimiz, bu mühüm hadisə ilə əlaqədar Sizi təbrik edir və Sizə təşəkkürümüzü bildiririk. Ölkəmiz üçün göstərdiyiniz əvəzsiz xidmətlərə görə çox sağ olun!

Böyük ehtiramla,

Məmmədov Tərlan

İsmayılov İsmayıl

Abdullayeva Nərminə

Həsənov Amil

Cabbarova Tahirə.

Azərbaycan Respublikası, Şəki şəhəri.