10 iyul 2019, 13:40

Hətəm Abbasovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Bu gün mənim və ailəmin sevincinin həddi-hüdudu yoxdur. Pirallahı rayonunda məcburi köçkünlər üçün salınmış gözəl yaşayış kompleksində bizə də mənzil verildi.

Buna görə şəxsən öz adımdan və ailəmin adından Sizə dərin minnətdarlığımı bildirirəm. Allah Sizi qorusun.

Gün o gün olsun ki, bizi doğma Qubadlımıza qaytarasınız.

Hörmətlə,

Abbasov Hətəm.

Azərbaycan Respublikası, Bakı şəhəri, Pirallahı rayonu.