15 iyun 2019, 12:40

Miryusif Məmmədovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin rəhbərliyinizlə ölkəmizdə aparılan abadlıq-quruculuq işləri, o cümlədən təhsil müəssisələrinin, mədəniyyət evlərinin, muzeylərin və idman arenalarının tikintisi və əsaslı təmiri hər bir vətənpərvər insanı qəlbən sevindirir, əhalidə xoş ovqat yaradır.

Son illərdə ictimai yaşayış binaları əsaslı təmir edilir, onların həyətlərində vətəndaşların istirahəti üçün lazımi şərait yaradılır, parklar salınır. Bu işlər bizim Binəqədi rayonunda da uğurla icra olunur. Hazırda S.S.Axundov küçəsi 2 ünvanında sakinlərin rahatlığı və istirahəti üçün müasir standartlara uyğun park salınır.

Cənab Prezident, Sizin göstərişləriniz və diqqətiniz sayəsində görülən bu işlər birbaşa vətəndaşlara göstərdiyiniz qayğının və dəyərin göstəricisidir. Buna görə Sizə təşəkkür edirəm. Allah Sizi və ailənizi qorusun.

Hörmətlə,

Məmmədov Miryusif Əli oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.