13 iyun 2019, 11:15

İbrahim İbrahimov və başqalarından, Tərtər, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin tapşırıq və göstərişinizlə dövlət orqanlarının rəhbərləri ayrı-ayrı şəhər və rayonlarda vətəndaşları qəbul edir, onların problemləri, istək və arzuları ilə tanış olurlar. Bu, çox gözəl təşəbbüs və mühüm bir işdir. Çünki, biz vətəndaşlar bunun müsbət nəticəsini görürük. Ötən ay Tərtər rayonunda keçirilən qəbula rayon sakinləri olaraq biz də yazılmışdıq. Qəbulda iştirak etdik və işlə təmin olunmağımız barədə xahişimiz müsbət həll olundu.

Cənab Prezident, çox sağ olun. Allah Sizi qorusun!

Hörmətlə,

İbrahimov İbrahim Asif oğlu,

Novruzov Elnur Fikrət oğlu,

Nuru Nurlan Nizami oğlu.

Azərbaycan Respublikası, Tərtər rayonu.