12 iyun 2019, 17:25

Şölə Qasımova və başqalarından, Bərdə, Azərbaycan

Hörmətli cənab Prezident.

Azərbaycanın ən qədim tarixə malik yaşayış məskənlərindən olan Lənbərana çəkilən yeni yol kəndimizə rahatlıqla yanaşı, inkişaf və rifah da gətirəcək. Buna görə bütün kənd əhalisi adından, xüsusən də A.İsmayılov adına tam orta məktəbin müəllim və şagirdləri adından Sizə minnətdarlığımızı bildirir, gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.

Cənab Prezident, əminik ki, doğma Vətənimiz Sizin rəhbərliyinizlə daha böyük qələbələrə imza atacaq. Allah Sizi qorusun.

Hörmətlə,

Qasımova Şölə Nəsib qızı

İsmayılov Sərvan Əlövsət oğlu

Məmmədov Mahmud Əmiraslan oğlu

İsmayılova Muxək Məhərrəm qızı

Mahmudova Elnarə İsmayıllı qızı.

Azərbaycan Respublikası, Bərdə rayonu, Lənbəran kəndi.