11 iyun 2019, 10:20

İsmayıl Yuniszadədən, Gədəbəy, Azərbaycan

Möhtərəm cənab Prezident.

Ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı olaraq Sizin rəhbərliyiniz altında ölkəmizdə həyata keçirilən abadlıq-quruculuq işləri bizi valeh edir. Ötən il Gədəbəy rayonunun dağlıq ərazidə yerləşən Şınıx bölgəsi qazlaşdırıldı. Hazırda isə bu bölgədə kəndlərarası yollar yenidən qurulur. Gediş-gəlişimiz asanlaşır, becərdiyimiz məhsulları bazara rahat apara bilirik.

Möhtərəm Prezident, ucqar dağ kəndlərində bu gözəl şəraiti yaratdığınız üçün rayon sakinləri adından Sizə dərin təşəkkürümüzü bildirir, Allahdan Sizə cansağlığı, uzun ömür, ailə səadəti arzulayıram. Bir gənc olaraq Sizinlə fəxr edirəm.

Hörmətlə,

Yuniszadə İsmayıl Akif oğlu

Azərbaycan Respublikası, Gədəbəy rayonu, Arabaçı kəndi.