Küveyt Dövlətinin Vəliəhdi Nəvaf əl-Əhməd əl-Cabir əl-Sabahdan

04 iyun 2019, 18:00

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Dost ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə böyük məmnunluq hissi ilə ən xoş təbriklərimi çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək, Sizə cansağlığı və səadət, dost ölkənizə və onun xalqına davamlı tərəqqi və rifah arzulayıram.

Xahiş edirəm, Zati-alinizə yüksək ehtiramımı qəbul edin.

Hörmətlə,

Nəvaf əl-Əhməd əl-Cabir əl-Sabah

Küveyt Dövlətinin Vəliəhdi