24 may 2019, 17:10

Sabir Novruzovdan, Kürdəmir, Azərbaycan

Möhtərəm cənab Prezident.

Respublikamızın hər yerində olduğu kimi, Kürdəmir rayonunda da tikinti-quruculuq və abadlıq işləri geniş vüsət alıb. Rayonumuzun mərkəzi ilə yanaşı, kənd və qəsəbələrində də abadlaşdırma işləri həyata keçirilir. Xüsusilə qeyd etmək istəyirəm ki, rayon sakinləri "ASAN xidmət" mərkəzinin açılışını səbirsizliklə gözləyirlər. Mərkəzin tikintisinin başa çatdırılması məqsədilə bu il mayın 20-də verdiyiniz Sərəncam bizi bir daha sevindirdi.

Cənab Prezident, bu Sərəncamınıza görə rayon sakinləri, o cümlədən ziyalıları adından Sizə minnətdarlığımızı bildirirəm. Allah işlərinizi avand eləsin.

Hörmətlə,

Novruzov Sabir.

Azərbaycan Respublikası, Kürdəmir rayonu.