23 may 2019, 12:05

Şahin Əşrəfovdan, Qobustan, Azərbaycan

Hörmətli cənab İlham Əliyev.

Respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində aparılan geniş quruculuq işlərinin, həyata keçirilən sosial və inkişafyönümlü siyasətin müsbət təsirləri bizim kənddən də yan keçməmişdir. Kəndimizin infrastrukturu yenilənmiş, əhalinin yaşayış şəraiti xeyli yaxşılaşmışdır.

Bu il mayın 7-də Ərəbqədim-Göydərə avtomobil yolunun çəkilişi ilə bağlı imzaladığınız Sərəncam bizə növbəti dəfə sevinc hissi bəxş etdi.

Cənab Prezident, bu sərəncamın verilməsinə görə bir kənd ağsaqqalı kimi şəxsən öz adımdan, ailəm və bütün kənd əhalisi adından Sizə təşəkkür edirəm.

Hörmətlə,

Əşrəfov Şahin Ağakərim oğlu.

Azərbaycan Respublikası, Qobustan rayonu, Göydərə kəndi.