22 may 2019, 17:50

Asif Cavadov və başqalarından, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin gərgin əməyiniz nəticəsində doğma Azərbaycanımız gündən-günə inkişaf edir, xalqımızın yaşayış səviyyəsi, maddi rifah halı yüksəlir. Azərbaycan xalqı xoşbəxtdir ki, onun millətə, torpağa, el-obaya bağlı olan Sizin kimi Prezidenti var.

Bu günlərdə Gəncəçay çayı üzərində qəzalı vəziyyətdə olan körpülərin bərpası ilə əlaqədar imzaladığınız Sərəncamınız bunu bir daha sübut edir.

Əziz Prezidentimiz, biz - Gəncə Dövlət Universitetinin bir qrup alimi Sizə dərin minnətdarlığımızı bildirir, şərəfli işinizdə yeni-yeni uğurlar arzulayırıq.

Dərin hörmətlə,

Cavadov Asif

Xurşudov Şahin

Əsgərov Əjdər

Alverdiyev İspəndiyar

Apoyev Bayram.

Azərbaycan Respublikası, Gəncə şəhəri.