20 aprel 2019, 13:00

Dair Həkimovdan, Qusar, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirərək müasir müstəqil Azərbaycan dövlətinə rəhbərlik etdiyiniz müddətdə böyük nailiyyətlər qazanmısınız. Sizin uğurlu daxili və xarici siyasətiniz nəticəsində Azərbaycan iqtisadi, hərbi sahədə inkişaf etmiş, dünyada tolerantlıq, multikulturalizm mərkəzinə çevrilmişdir. Sizin rəhbərliyinizlə həyata keçirilən sosial infrastruktur layihələri, tikilən müasir idman olimpiya kompleksləri, xəstəxanalar, yeni çəkilən avtomobil yolları, müasir təhsil ocaqları və digər layihələr Sizin xalqa dəstəyinizin, xidmətinizin bariz nümunəsidir. Son aylarda imzaladığınız fərman və sərəncamlar Azərbaycan vətəndaşının rifah halının daha da yüksəlməsinə səbəb olmuşdur. Qusar rayonunun Cibir-Həzrə-Mucuq-Sudur avtomobil yolunun tikintisi barədə verdiyiniz sərəncam da kəndimizin sakinlərini çox sevindirdi.

Cənab Prezident, bütün bu xeyirxah işlərinizə görə xalq Sizi sevir və Sizə inanır. Xalqımıza göstərdiyiniz qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Həkimov Dair Seyfəddin oğlu

Azərbaycan Respublikası, Qusar rayonu, Ukur kəndi.