20 aprel 2019, 11:45

Yavər Cəbrayılovdan, Salyan, Azərbaycan

Hörmətli cənab Prezident.

İlk növbədə, respublikamızda gördüyünüz əvəzsiz işlərə görə Salyanın teatr işçiləri adından Sizə dərin təşəkkürümü bildirirəm. Siz ulu öndərimiz Heydər Əliyevin ənənələrinə sadiq qalaraq, doğma Azərbaycanımıza, onun sevimli xalqına ləyaqətlə rəhbərlik edirsiniz. Biz bunu hər an hiss edirik.

Sizin tapşırığınız əsasında respublikada, eləcə də onun şəhər və rayonlarında geniş abadlıq-quruculuq işləri aparılır, Azərbaycanımız günü-gündən gözəlləşir, inkişaf edir. Salyan rayonunda görülən işlər də təqdirəlayiqdir. Bu işlər içərisində Salyan Dövlət Kukla Teatrının inkişafı mühüm yer tutur. Sizin sərəncamınız əsasında bu məqsədlə vəsait ayrıldığına görə teatrın kollektivi adından Sizə dərin təşəkkürümü bildirirəm.

Hörmətlə,

Yavər Cəbrayılov

Salyan Dövlət Kukla Teatrının direktoru,

“Tərəqqi" medallı "Əməkdar mədəniyyət işçisi".

Azərbaycan Respublikası, Salyan rayonu.