Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Nobel mükafatı laureatı Əhməd Zevayl ilə görüşmüşdür

12 oktyabr 2011, 14:00

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev ABŞ-ın Kaliforniya Texnologiya İnstitutunun Fiziki Biologiya Mərkəzinin direktoru, kimya üzrə Nobel mükafatı laureatı, kimya və fizika elmləri üzrə professor Əhməd Zevayl ilə görüşmüşdür.

Nobel mükafatı laureatı, professor Əhməd Zevayl Azərbaycana səfərindən və Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etməsindən məmnun olduğunu bildirmişdir. Əhməd Zevayl Azərbaycan Prezidenti İlham Əliyevin həmin Forumdakı nitqini, xüsusən dövlət başçısının elmin və təhsilin inkişafı haqqında fikirlərini yüksək qiymətləndirmişdir. Əhməd Zevayl Azərbaycanda gedən inkişaf prosesinin ona böyük təsir bağışladığını qeyd etmişdir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev alimin Bakı Beynəlxalq Humanitar Forumunda iştirakına görə ona minnətdarlığını bildirmişdir. O, belə tədbirlərin beynəlxalq əməkdaşlıq və qarşılıqlı anlaşma baxımından əhəmiyyətini qeyd etmişdir. Müstəqilliyin 20 ili ərzində Azərbaycanda qazanılmış uğurlar haqqında söhbət açan akademik Ramiz Mehdiyev dövlətimizin ölkədə elmin və təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan danışmışdır.

SƏNƏDLƏRSərəncamlar23 iyun 2018
15:37
Azərbaycan Respublikasının dəniz nəqliyyatı işçilərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci i...

23 iyun 2018, 15:37