Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağının TƏSVİRİ

11 aprel 2019, 16:27

Azərbaycan Respublikası Prezidentinin

2019-cu il 11 aprel tarixli

Fərmanı ilə təsdiq edilmişdir

1. Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq, Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinə tam uyğun şəkildə, ikiüzlü qumaşdan hazırlanır və eninin uzunluğuna nisbəti 1:2-dir.

2. Bayrağın hər iki üzünün ortasında Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının emblemi təsvir edilmişdir. Qumaşın üst kənarı boyu mavi zolaqda qızılı rəngli hərflərlə “AZƏRBAYCAN RESPUBLİKASI”, aşağı kənarı boyu yaşıl zolaqda isə “SİLAHLI QÜVVƏLƏRİNİN ALİ BAŞ KOMANDANI” sözləri yazılmışdır.

3. Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının emblemi tiyələri yuxarı yönəlmiş çarpazlaşdırılmış qılıncların iti ucları arasında yerləşən Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirindən ibarətdir. Qılıncların tiyələrinin aşağı əsaslarından uclarına doğru hər iki tərəfə dəfnə budaqları yönəlmişdir. Dəfnə budaqları və qılıncların dəstəkləri qızılı, tiyələri isə gümüşü rəngdədir.

4. Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağının dirəyi girdə taxtadandır. Dirək tünd qəhvəyi boya ilə rənglənir, laklanır və yuxarı ucu aypara ilə səkkizguşəli ulduz formalı nikellənmiş metal başlıqla örtülür.

gallery-photo
SƏNƏDLƏR Fərmanlar 25 iyun 2024
20:56
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

25 iyun 2024, 20:56
SƏNƏDLƏR Sərəncamlar 25 iyun 2024
20:52
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:

“general-leytenant” hərbi...

25 iyun 2024, 20:52
SƏNƏDLƏR Qanunlar 24 iyun 2024
14:52
“Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinin qarşısının alınması məqsədilə Vergi Sazişi üzrə tədbirlərin həyata keçirilməsinə dair Çoxtərəfli Konvensiya”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2016-cı il noyabrın 24-də Paris şəhərində imzalanmış “Vergitutma bazasının...

24 iyun 2024, 14:52
SƏNƏDLƏR Fərmanlar 24 iyun 2024
14:50
Qara və əlvan metal qırıntı və tullantıları ixracının tənzimlənməsi sahəsində əlavə tədbirlər və “Qara və əlvan metal qırıntı və tullantıları ixracının müvəqqəti dayandırılması barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 aprel tarixli 457 nömrəli Fərmanının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkə ərazisində yaradılan əlavə dəyərin həcminin davamlı artırılması, yerli emal müəssisələrinin xammal təchizatının yaxşılaşdırılması və...

24 iyun 2024, 14:50