19 mart 2019, 16:45

Müşvi Əliyevdən, Biləsuvar, Azərbaycan

Hörmətli cənab Prezident.

Novruz bayramı ərəfəsində göstərdiyiniz növbəti humanistliyə - məhkum edilmiş bir sıra şəxslərin əfv olunmasına görə Sizə dərin minnətdarlığımı bildirirəm. Azərbaycan vətəndaşı olaraq sevincimin həddi-hüdudu yoxdur.

Həyata keçirdiyiniz islahatlar ölkəmizdə çox böyük müsbət dəyişikliklərə səbəb olub. Respublikamızın inkişafı göz qabağındadır.

Sevinirəm ki, ölkəmizin Sizin kimi humanist, güclü, məğrur, cəsarətli bir Prezidenti var. Çox sağ olun.

Hörmətlə,

Əliyev Müşvi İxtiyar oğlu.

Azərbaycan Respublikası, Biləsuvar rayonu.