19 mart 2019, 12:15

Rəhim Nəbiyevdən, Samux, Azərbaycan

Hörmətli cənab Prezident,

Əhalinin problemli kreditlərinin həlli ilə bağlı imzaladığınız Fərman ölkə cəmiyyətində böyük ruh yüksəkliyi ilə qarşılandı. Bu problemdən yüz minlərlə insan əziyyət çəkirdi. Novruz bayramının yaxınlaşdığı bir vaxtda Siz həmin insanlara sanki böyük bayram sovqatı hədiyyə etdiniz. Xalq arasında bu qərarınız çox yüksək qiymətləndirilir və təqdir olunur.

Cənab Ali Baş Komandan, ölkə əhalisinin problemlərini mərhələli şəkildə həll etdiyiniz üçün Sizə dərin təşəkkürümü bildirirəm. Bayramınız mübarək olsun!

Hörmətlə,

Nəbiyev Rəhim Qafar oğlu

Azərbaycan Respublikası, Samux rayonu, İnstitut qəsəbəsi.