19 mart 2019, 11:05

Fərid Hüseynovdan, Mingəçevir, Azərbaycan

Hörmətli cənab Prezident,

Növbəti dəfə böyük humanistlik nümayiş etdirərək məhkum olunmuş 431 nəfər şəxsi əfv etdiyinizə görə bir gənc kimi Sizə dərin minnətdarlığımı bildirirəm.

Sizin bu xeyirxah addımınız vətəndaşları sevindirməklə yanaşı, hakimiyyətin mənbəyi olan xalqla dövlətin birliyini daha da möhkəmləndirəcəkdir. Bu ilin əvvəlindən başlayaraq həyata keçirdiyiniz ardıcıl islahatlar və yeniliklər hamını sevindirir.

Cənab Prezident, Sizə uzun ömür, cansağlığı və uğurlarınızın davamlı olmasını arzulayıram.

Hörmətlə,

Hüseynov Fərid Elman oğlu

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.