18 mart 2019, 16:00

Budaq Əliyev və başqalarından, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident.

“Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli Fərmanınıza görə şəxsən öz adımızdan və Gəncə şəhərinin bütün sakinləri adından Sizə təşəkkürümüzü bildirir, “Çox sağ olun!” deyirik.

Sizin gördüyünüz bu və digər tədbirlər əhalinin sosial vəziyyətini daha da yaxşılaşdırmaq məqsədi daşıyır. Bütün bunlar ölkə vətəndaşlarının sevincinə və Sizə olan sevgisinin daha da artmasına səbəb olur.

Əziz Prezidentimiz, qarşıdan gələn Novruz bayramınız mübarək olsun!

Hörmətlə,

Əliyev Budaq Cəbrayıl oğlu

Süleymanov Knyaz Əlişan oğlu

Məmmədova Sara Zeynal qızı

Xəlilov Yuris Şəmil oğlu

Rüstəmova Sevda Müslüm qızı və başqaları (cəmi: 11 nəfər).

Azərbaycan Respublikası, Gəncə şəhəri.