18 mart 2019, 14:05

Tahir Mirzəyevdən, Sabirabad, Azərbaycan

Hörmətli cənab Prezident.

Son aylarda imzaladığınız fərman və sərəncamlarınızı çox yüksək qiymətləndiririk. Siz bununla bir daha sübut etdiniz ki, insan amilinə böyük önəm verirsiniz və Sizin siyasətinizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu sosialyönümlü tədbirlər ölkə vətəndaşlarının rifah halını daha da yaxşılaşdıracaq, firavan həyatını təmin edəcəkdir.

Möhtərəm cəanb Prezident, Sizə uzun ömür, cansağlığı arzu edirəm. Allah Sizi qorusun. Biz həmişə Sizinləyik.

Laçın rayonundan olan 53 məcburi köçkün ailəsi adından dərin hörmətlə,

Mirzəyev Tahir Əlaslan oğlu,

Qarabağ müharibəsi veteranı.

Azərbaycan Respublikası, Sabirabad rayonu.