18 mart 2019, 12:30

Rauf Babayevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Respublikanın mədəniyyət və incəsənət işçiləri ilə səmimi görüşünüzdən böyük məmnunluq duydum. Bu unudulmaz görüşə, teatr və konsert müəssisələri işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə göstərdiyiniz diqqət və qayğıya görə şəxsən öz adımdan və Dövlət "Qaya" ansamblının kollektivi adından Sizə dərin minnətdarlığımı bildirirəm.

Xoşbəxt günlər və daha böyük uğurlar arzusu ilə dərin hörmətlə,

Babayev Rauf,

Xalq artisti, Dövlət "Qaya" ansamblının bədii rəhbəri.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.