20 fevral 2019, 17:50

Gülnaz Səfərovadan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident.

Sumqayıt şəhərindəki 2 saylı poliklinikasının əsaslı təmiri ilə bağlı imzaladığınız Sərəncam Azərbaycan dövlətinin vətəndaşlarımızın sağlamlığına verdiyiniz önəmin təzahürüdür.

Bir sumqayıtlı olaraq mən Sumqayıt şəhər sakinlərinin sağlamlığına göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkürümü və minnətdarlığımı bildirirəm. Mən Sizin siyasətinizi bəyənir və dəstəkləyirəm. Allah Sizi qorusun.

Hörmətlə,

Səfərova Gülnaz Babay qızı.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.