19 fevral 2019, 18:05

Xatirə Mirzəyeva və başqalarından, Goranboy, Azərbaycan

Möhtərəm cənab Prezident.

Son illər regionların inkişafı ilə bağlı Sizin rəhbərliyinizlə reallaşdırılan dövlət proqramları ölkənin tarazlı inkişafını təmin etmişdir. Bütün sahələr üzrə infrastrukturun yenilənməsi, çoxsaylı iş yerlərinin açılması insanlara qayğınızın bariz nümunəsidir. Biz sıravi vətəndaşlar bu inkişafı gündəlik həyatımızda hiss edirik. Güzəranımız günbəgün yaxşılaşır. Sizinlə qürur duyuruq. Sizin Sərəncamınızla əməkhaqları, pensiyalar və müavinətlər artırılır.

Bütün bunlar onu göstərir ki, Sizin siyasətinizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu günlərdə minimum əməkhaqqının əhəmiyyətli dərəcədə artırılması barədə Sərəncamınız bunu bir daha sübut edir. Bu Sərəncamınızdan on minlərlə ailə bəhrələnəcək, onların maddi rifah halı yaxşılaşacaqdır. Bütün bunlar ölkəmizin iqtisadi inkişafının göstəricisidir.

Azərbaycan vətəndaşının rifahının yaxşılaşdırılmasına göstərdiyiniz davamlı diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildiririk.

Dərin hörmət və ehtiramla,

Goranboy rayon sakinləri adından

Mirzəyeva Xatirə Ədalət qızı

Quliyeva Sona İbrahimxəlil qızı

Tağıyeva Xəyalə Nağı qızı

Vəliyeva Könül Şahin qızı

Əliyeva Zümrüd Surxay qızı.

Azərbaycan Respublikası, Goranboy rayonu.