22 yanvar 2019, 12:15

Rauf Abbasovdan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Gəncə şəhərində həyata keçirilən abadlıq-quruculuq işlərinə görə Sizə minnətdarlığımı bildirirəm.

Son illər ərzində respublikamızın hər bir bölgəsində olduğu kimi, Gəncə şəhərində də çox böyük işlər görülüb. Sizin diqqət və qayğınız sayəsində köhnə binalar təmir edilib, məhəllələr abadlaşdırılıb, avtomobil yolları və səkilər yenidən qurulub. Ən əsası, Bakı-Gəncə-Bakı sürət qatarının açılması şəhər əhalisinin razılığı və alqışları ilə qarşılandı.

Əziz Prezidentimiz, gəncəlilər görülən işlərdən razıdırlar. Qədim Gəncə Sizin diqqətiniz sayəsində bu gün qədimliyin və müasirliyin qovuşduğu füsunkar bir şəhərə çevrilib. Biz şəhər sakinləri bununla fəxr edir və buna görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Abbasov Rauf Müzəffər oğlu.

Azərbaycan Respublikası, Gəncə şəhəri.