11 yanvar 2019, 12:00

Tural Verdiyevdən, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident.

Son illərdə Azərbaycanda bütün sahələrdə fərəh və qürur doğuran hadisələr bir-birini əvəz edir, xalqımızın həyat səviyyəsi yüksəlir və güzəranı getdikcə yaxşılaşır. Ən əsası isə odur ki, dünyada tüğyan edən qlobal proseslər, iqtisadi, siyasi münaqişələr fonunda Azərbaycan sabit və davamlı tərəqqi yolunu davam etdirir. Vətəndaşlar sülh, əmin-amanlıq və ictimai-siyasi sabitlik şəraitində yaşayırlar.

Bu gün hər bir Azərbaycan vətəndaşı tam əmindir ki, Sizin rəhbərliyinizlə ölkəmizdə bundan sonra da ictimai-siyasi sabitlik təmin ediləcək, yola saldığımız hər il yenilik, tərəqqi və inkişaf tarixinə çevriləcək.

Əziz Prezidentimiz, bir gənc olaraq Azərbaycanımızın inkişafı, tərəqqisi naminə fəaliyyətinizdə Sizə böyük uğurlar arzulayıram. Tanrı Sizi və ailənizi qorusun.

Hörmətlə,

Verdiyev Tural Şahin oğlu.

Azərbaycan Respublikası, Gəncə şəhəri.